Saf sevgi | Sevgiyə aid təsirli şeir

Durub gözlərinə baxmaq istərəm,
O dərin baxışlar ruhumu alır.
Dəniz gözlərində batmaq istərəm,
Hər baxış qəlbimə dərin iz salır.

O saf təbəssümün dünyaya dəyər,
Günəş gülüşündən sanki nur alır.
Lalələr, nərgizlər sənə baş əyər,
Almaslar qarşında kölgə tək qalır.

Bütün musiqilər səsinlə susur,
Sən sussan sevgimiz nəfəssiz qalır.
Səsinlə bu ruhum tapır bir hüzur,
Hüzursuz həyatdan kim ləzzət alır?

Nə yaxşı qarşıma çıxmısan gülüm,
Səni hər görəndə, dərdim azalır.
Hava tək ömrümə axmısan gülüm,
Qəlbim saf sevginlə bil qidalanır.

Saf sevgi | sevgiyə aid təsirli şeir

Saf sevgi şeiri

Elvin Elxanoğlu


 

0 şərh